Treyderlərin uzun mövqelərindəki demək olar ki, 1 milyard dollar məbləğində vəsaiti bir saat ərzində kriptobirjalarda likvidasiya olunub.
Təxminən saat 11:30-da bitkoin bir anda 85 min dollardan 82 min dollara düşüb, Ethereum (ETH) isə 2,6 min dollara qədər ucuzlaşıb. Saat 12:00-a olan məlumata görə, BTC təxminən 84 min dollar, ETH isə 2,7 min dollar səviyyəsində ticarət olunub.
“Coinglass”ın məlumatına görə, son bir saatda 392 min treyder 971 milyon dollar itirib. Bu məbləğin böyük hissəsi (956 milyon dollar) “long” mövqelərə aiddir.
Kriptorinkdə likvidasiyalar deyildikdə, adətən, bitkoinin birbaşa satışı yox, müddətsiz fyuçerslər üzrə mövqelərin məcburi bağlanması nəzərdə tutulur.
Son sutkada bitkoin 8% ucuzlaşıb, rekorddan sonrakı 1,5 ay ərzində isə artıq 33% dəyər itirib. Bu müddətdə dünyanın ən populyar kriptovalyutası 40 min dollardan çox ucuzlaşıb.







