Banker.az saytının İnterfax agentliyinə istinadən verdiyi xəbərə görə, treyderlər Amerikanın çox da məşhur olmayan SNAP Interactive Inc startapını Snapchat mesencerinin sahibi Snap Inc. şirkəti ilə səhv salaraq onun səhmlərini alıblar.
Bu səhv sayəsində SNAP Interactive şirkətinin bazar dəyəri iki dəfə artıb. Snapchat Inc. şirkəti isə səhmlərini ilk dəfə olaraq hələ mart ayında bazara yerləşdirməyi planlaşdırır.
SNAP Interactive şirkətinin səhmləri son illər ucuzlaşırdı, onların dəyəri 6 dollardan da aşağı düşmüşdü. Lakin bazar ertəsi kotirovkalar 15 dollara qədər artdı. Bu qəfil dəyişmənin fərqinə varan isə Bloomberg agentliyi olub.