13 C
Baku
Friday, November 22, 2024

Treyderlərin səhvləri

Müəllif: İqtisadçı-analitik-Ekspert Qafar İmanverdiyev. İnforex

1. Trendin əksinə ticarət

Səhv.

Ticarətin əsas qaydası budur: trendin əksinə heç zaman getmə. Müəyyən yerlərdə trend əleyhinə əməliyyat açdıqda itki ilə qarşılaşmaq olar.

Trend hər zaman eyni istiqamətdə gedə bilməz, vaxtı gələndə dönəcək. Trendin hərəkətində müəyyən zəifliyin bir sıra səbəbi ola bilər. Bu zəifliyin səbəbi müəyyən faktorlar ola bilər ki, hansı ki, trendin istiqamətini dəyişməyə gücü çatmır. Ancaq yeni başlayan treyder emosiya altındadır. O elə bilir ki, trend elə bu zaman istiqamətini dəyişəcək və o əməliyyat açır. Ancaq bazar treyderin əleyhinə hərəkət etməyə başlayır.

Düzgün hərəkət.

Əgər siz həqiqətəndə trendin döndüyünə 100% əminsinizsə o zaman əməliyyat açın. Ancaq stopları yaddan çıxartmayın. Trend əleyhinə əməliyyat zamanı xüsusilə diqqətli olmaq lazımdır.

UpTrendDownTrendBuyveSell

2. Əvvəlki səhvin davamı- təpədə almaq, dibdə satmaq

Səhv.

Heç bir trend düzgün bir istiqamətli hərəkət etmir- o daim qalxır və düşür. Yeni başlayan treyder situasiyanı analiz edə bilmir və qiymət hansı istiqamətə dönürsə, o istiqamətdə də əməliyyat açır. Bir çox təcrübəli treyderlər əməliyyatlarını bağladıqları zaman yeni başlayan treyder özünə əmin şəkildə bazara girir.

Düzgün hərəkət.

Yadda saxlamaq lazımdır ki, ciddi trenddə korreksiya 300-500 punkt təşkil edir. yüksək kredit çiyini ilə işləyən zaman isə bu depoziti azalda bilər.

Ona görə də gözləmək lazımdır ki, trend öz istiqamətinə dönsün. O zaman rahat əməliyyat aça bilərsiniz. Ancaq stopları yaddan çıxartmayın.

3. İntuisiya ilə ticarət

Səhv.

Təsəvvür edinki, vacib politik və iqtisadi qərarlar intuisiya ilə verilir. Bu situasiya kollapsdan başqa heçnəyə gətirməyəcək. Bəs onda nəyə görə treyder ticarət qərarları zamanı intuisiyaya güvənməlidir? Intuisiyasız yaşamaq çətin ola bilər, ancaq ticarətdə onu istifadə etmək lazım deyil.

Düzgün hərəkət.

Dəqiq ticarət strategiyasını seçin və ona əməl edin. Öz intuisiyanız ilə əməliyyat apardığınızı görəndə əməliyyatı dərhəl dayandırın. Fasilə edin-şokolad yeyin. Bir neçə gün terminalı açmayın. Hər şeyi düzgün dərk edəndən sonra strategiyaya ciddi əməl edərək əməliyyatlara başlayın.

4. Hərislik

Səhv.

Hərislik bu psixoloji səhvdir. Təcrübəsiz treyder ticarət zamanı yaranmış emosiyalarını söndürə bilmir. Onun gəliri artdıqca başında sağlam fikir qalmır. Hərislik onun huşunu başından alır. Gözlərinin qabağına qazanmadığı pullara almaq istədiyi şeylər görsənir və treyder take profiti daha da yuxarı qaldırır və ya ondan heç istifadə etmir. Günlərin bir günü isə ziyanla üz-üzə qalır ,bütün ümüdlərini itirir və həttda depresiya halına düşə bilir,hər şeydən uzaqlaşıb tez-tez əsəbləşir.

Düzgün hərəkət.

Əgər sizdə hərislik varsa o zaman strategiyanıza uyğun olaraq take profiti yerləşdirin. Əməliyyatı özünüz bağlamayın və take profiti qaldırmayın.

Bununla da siz psixoloji faktoru minimuma endirəcəksiniz.

Residtance

5. Qorxu

Səhv.

Səhv eləməyin qorxusu, səhvin özündən qorxuludur. Bəzən treyder bazara girmək üçün qorxur. Qorxu onu hər hansı bir hərəkət etməyə qoymur. Vaxt keçir, situasiya pisləşir və onun düşündüyü əməliyyat artıq missiyasını başa çatdırır, bu anda treyder əməliyyat açmaq qərarına gəlir. Artıq gecdir. Bu ona itkidən başqa heç nə gətirmir.

Düzgün hərəkət.

Qorxuya qalib gəlmək üçün demo hesablarda əməliyyatlar sizə kömək edə bilər.Real hesabda olan məbləğ civarında eyni zamanda demo hesab açın və strategiyanıza uyğun aktiv əməliyyatlar aparın. Strategiya sizə nə zaman giriş siqnalı versə o zaman əməliyyat açın. Demo hesablarda təcrübədən sonra real hesabınızda da kiçik həcmlərlə əməliyyat açın.

6. Piramida,(Martingel,Lavina)

Səhv.

Itkili əməliyyat apardığı zaman treyder onu bağlamır və əksinə daha bir eyni istiqamətli əməliyyat açır. Qiymət yenə də gözlənilənin əksinə getdikcə treyder tərs kimi yenə də səhv əməliyyat açır və bu balansın azalmasına qədər davam edir.Sonu faciyə ilə bitə bilir.

Düzgün hərəkət.

Bu strategiya ilə siz işləyə bilərsiniz. Ancaq sizin balansınız gərək böyük olsun. Kiçik depozitlə bu strategiyadan istifadə uğursuzluğa səbəb olacaq.

7. Ziyanlı pozisiyaların saxlanılması

Səhv.

Bəzi treyderlər qiymətin onların fikirləşdiyi istiqamətə dönəcəyinə inanıb ziyanlı pozisiyaları bağlamırlar. Bu situasiya treyderə qazanmaqda mane olur.Treyder terslik edib dediyindən və tutduğundan dönmür.

Düzgün hərəkət.

Ən yaxşısı bundan uzaq olmaq və itkiləri stoplarla idarə etməkdir.

8. Emosionallıq

Səhv.

Biz çox vaxt emosiyaların ucbatından səhvlər edirik. Bazar emosionallığı bağışlamır və ona görə cəzalandırır.

Düzgün hərəkət.

Ticarətdə emosiyalar yolverilməz haldır. Emosiyalarınızın qurbanına çevrilməyin.

Son xəbərlər
Digər xəbərlər