Dəyişən orta göstərici (moving average) sadə və daha geniş olduğundan bazar iştirakçıları tərəfindən ən çox istifadə olunan göstəricidir. Dəyişən orta göstərici qiymət dalğalanmalarının müəyyən period üzrə orta ölçüsünü göstərir və trendlərin müəyyən olunması üçün istifadə edilir. Lakin bu indikatorun çatışmayan cəhəti qiymət dəyişiklikliyi barədə gec siqnal verməsi ilə bağlıdır.
Dəyişən orta göstərici istifadə edərkən analiz edilən dövrün nə qədər uzun olarsa, o qədər qısa müddətli dəyişən orta göstərici seçilməlidir. Seçilmiş müddət nə qədər qısa olarsa dəyişən orta göstərici qiymət göstəricilərinə o qədər sürətli reaksiya verir. Müddət çox böyük seçilərsə indikatorlar çox sayda səhv siqnal verə bilər.
Qiymət dəyişikliyini xarakterizə edən qrafik çubuqlar orta xətt göstəricisindən yuxarıda və ya aşağıda olduğu zaman trendin davam edəcəyi ehtimalı daha yüksəkdir. Qrafik çubuqlar orta xətti kəsdiyi və ya ona toxunduğu zaman trendin istiqamətini dəyişəcəyi ehtimalı artır, xüsusən bağlanış qiymətləri müvafiq olaraq orta xətti kəsdiyi zaman bu ehtimal daha da böyük olur.
Dəyişən orta göstərici aşağıdakı düsturla hesablanır:
MA= (Pn + Pn-1+…..+P1)/n
MA= Orta dəyişən göstərici
Pn,Pn-1,P1= Ötən dövrlərin bağlanış qiyməti
n= Baxılan günlərin sayı
Mənbə: investaz