10 C
Baku
Sunday, December 22, 2024

Treydinqdə MACD oslyatoru – Nə üçün istifadə edilir?

Bu gün investisiya fəaliyətində daha çox istifadə edilən indiqatorlardan biri haqda bəhs edəcəyik. Bu, MACD-dir. MACD ingilis dilində: Moving Average Convergence/Divergence, yəni Hərəkətli Orta Göstəricinin Kovergensiya və Divergensiyası deməkdir. MACD iki fərqli hərəkətli orta göstərici arasındakı əlaqəni göstərən və bazar iştirakçılarını daha çox istifadə etdikləri uzunmüddətli indikatordur. İlk olaraq Cerald Appel tərəfindən yaradılmışdır.

MACD iki fərqli eksponensial orta göstəricinin fərqini ifadə edir və bu əyri xətlər 0 səviyyəsi ətrafında dalğalanır və iki xətdən ibarət olur. Kiçik periodlu eksponensial orta göstəricidən (12 gün) periodlu eksponensial orta göstəricidən uzun perkiodlu eksponensial orta göstərici (26 gün) çıxılır və təsadüfi dalğalanmaların aradan qaldırılması üçün bu proses bir neçə dəfə təkrarlanır.

2

MACD = EMA(9)(A)

A = EMA (12) (i) – EMA (26) (i)

i = Cari qiymət dəyəri

MAC indikatoru müəyyən bir tendensiyaya sahib bazarlarda günlük və ya daha uzunmüddətli periodlarda analiz edildiyi zaman daha dəqiq nəticələr göstərir. Saatlıq və qısa zaman intervalları ezrə analiz zamanı isə yanlış siqnallar müşahidə olunur. İndikatorun 0 səviyyəsini kəsməsi güclü ticarət siqnalı kimi istifadə edilir.

İndikator bazarda qiymət dəyişikliyi zamanı divergensiya hallarını daha aydın şəkildə əks etdirir. MACD 0 səviyyəsini yuxarı doğru kəsdiyi zaman “AL” (BUY) siqnalı, aşağı doğru kəsdiyi zaman isə “SAT” (SELL) siqnalı yaranır.

MACD ilə verilən ticarət siqnalları

  • İndikator xətlərinin zirvə və dib nöqtələrinə yaxınlaşması erkən xəbərdarlıq siqnalıdır. Ticarət qərarları ən azı iki fərqli siqnal tərəfindən təsdiq edilməlidir;
  • MAC xətlərinin əvvəlki zirvə və dibləri kəsməsi qərar qəbul etməyə işarədir;
  • MACD indikator xəttinin 0 səviyyəsini kəsməsi qərar qəbul etməkdə gecikmiş ola bilərsiniz. Ən az iki əlavə siqnal tərəfindən təsdiq olunduqdan sonra ticarət qərarları qəbul edilməlidir;
  • Artım üzrə uzlaşma/eniş üzrə uzlaşma halı ticarət qərarlarının qəbul edilməsi üçün güclü siqnalıdır.

3Mənbə: Banker.az və InvestAZ

Son xəbərlər
Digər xəbərlər