19 C
Baku
Monday, April 29, 2024

Treydinqdə momentum osilyatoru nədir?

Momentum osilyatoruna “sürət göstəricisi” də deyə bilərik. Başqa bir sözlə desək, trendin sürət qazanıb qazanmadığını ölçür.

Momentum hesablanarkən, keçmiş dövr qiymətlərinin proporsional şəkildə dəyişməsini ifadə edilir. Qiymət dəyişmələrinin nə qədər güclü olduğu və var olan trendin nə qədər davam edəcəyi haqqında məlumat verir. Bir sözlə momentum , qiymət artımlarının və enişlərin sürəti haqqında məlumat verir.

Momentum , osilyator içərisində analiz edərkən sıx istifadə edilən göstəricidir və bu şəkildə hesablanır;

Momentum = c * 100 / n

c = sonuncu bağlanış qiyməti

n = gün sayı

Momentum avtomatik olaraq sistemlərdə 14 günlük (n = 14) bir müddət üçün hesablanır. Lakin qrafikdə momentum əyrisi üzərinə gələrək, xüsusiyyətlər qisimindən istənilən uzunluqda gün sayı daxil ola bilər.

divergence 5bfd6f7246e0fb002645894b

Momentum qrafiki 100 ox ətrafında fırlanır.

İndikator əyrisinin 100 səviyyəsini aşağıdan yuxarı kəsməsi alış istiqamətli, yuxarıdan aşağıya doğru kəsməsi isə satış istiqamətli olaraq şərh olunur. 120 və 80 səviyyələri həddsiz alış və satış bölgələrini təmsil edir. Əgər ossilyator 120 səviyyəsini yuxarıdan aşağı doğru kəsirsə satış, 80 səviyyəsini aşağıdan yuxarı doğru kəsirsə alış siqnalı deməkdir.

Ayrıca başqa bir əhəmiyyətli nöqtə isə momentum xətti və qiymət hərəkətləri arasında uyğunsuzluq ola biləcəyi istiqamətindədir. Momentum əyrisi və qiymət hərəkətləri arasındakı uyğunsuzluq görüldüyü təqdirdə mövcud qiymət hərəkətinin istiqamətinin dəyişəcəyi deyilə bilər.

Mənbə: Banker.az və Investaz

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər