16 C
Baku
Friday, November 22, 2024

Treydinqdə RSI osilyator – Nədir və nə üçündür?

Forex və səhm bazarı iştirakçıları arasında ən çox istifadə olunan texniki göstərici RSI (Relative Strength Index) Nisbi Güc İndeksi 1978-ci ildə C. Uiller tərəfindən yaradılmışdır. Bir momentum xəttinin müəyyən olunmasındakı ən əsas problem, müəyyən bir zaman intervalındakı bəzi dəyərlərdə görülən kəskin artım və ya enişlərdir. Bu kəskin artım və ya enişlər momentum xətlərinin ani olaraq dəyişməsinə səbəb ola bilər. RSI bu dəyişmələri ən aza endirəcək korreksiya əməliyyatını həyata keçirir.

    • RSI aşağıdakı düstur ilə hesablanır:
    • RSI= 100 – (100/(1+RS))
    • RS= AUn / ADn

AUn = əvvəlki n gün ərzində mövcud qiymətlərdən yüksəkdə yerləşmiş bağlanış qiymətlərinin orta göstəricisidir.

ADn = əvvəlki n gün ərzində mövcud qiymətlərdən aşağıda yerləşmiş bağlanış qiymətlərinin orta göstəricisidir.

rsi

RSI indikatoru dəyişmə diapazonu 0 ilə 100 arasındadır. İndikator xəttinin həddindən artıq alış-veriş bölgələrinə yaxınlaşması əməliyyat siqnalı kimi qəbul edilir. Satış əməliyyatlarının yerləşdirilməsi üçün optimal səviyyə 75, alış əməliyyatlarının yerləşdirilməsi üçün isə optimal səviyyə 25 hesab edilir.

75 səviyyəsi həddindən artıq alış sərhədi, 25 səviyyəsi isə həddindən artıq satış sərhədi kimi qəbul edilir. RSI ossilyatorunun 9 və 14 günlük istifadəsi olduqca geniş yayılmışdır. RSI qiymət dəyişikliyinə bağlı olduğundan indikator yalnız hər bağlanış qiymətindən sonra dəqiq əməliyyat siqnalı verə bilir. Qiymətlər yeni zirvəyə əmələ gətirdikdə, RSI yeni zirvə əmələ gətirmirsə və əməliyyat həcmi getdikcə azalırsa bu vəziyyət trendin istiqamətini dəyişəcəyinə bir işarədir. Eniş istiqamətində isə eyni fərziyyələr əks istiqamətdə tətbiq olunmaqdadır.

Son xəbərlər
Digər xəbərlər