“Troni İnvestisiya Şirkəti” QSC 2022-ci ildə tam olaraq fəaliyyətinə başlarkən, 138 min manat üzərində zərərlə tamamladı.
Banker.az xəbər verir ki, bu barədə investisiya şirkətinin illik audit hesabatında deyilir.
Hesabatda qeyd edilir ki, şirkət əməliyyatlar üzrə 11 min manat gəlir əldə etsə də, 67 min manat əməkhaqqı xərci, 75 min manat digər komissiya xərci çəkib.
Xatırladaq ki, “Troni İnvestisiya Şirkəti” QSC 2021-ci ildə yaradılıb, həmin dövrdə Azərbaycan Mərkəzi Bankından lisenziya əldə edib. Şirkətin hazırda 445 000 manat nizamnamə kapitalı var. Bunun da 100%-i Siyavuş Səfiyevdir.