“Troni İnvestisiya Şirkəti”nin dövriyyəsi bir ildə 3 dəfəyə yaxın geriləyib

Bu ilin yanvar-avqust aylarında “Troni İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 192 milyon 803 min manat təşkil edib.

Banker.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.

Ötən ilin eyni aylarında investisiya şirkətinin dövriyyəsi 529 milyon 487 min manat olub ki, bu da illik müqayisədə 2.7 dəfə azalma deməkdir.

Bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 53 milyon 735 min manat, korporativ istiqrazlar üzrə dövriyyə 32 milyon 229 min manat, səhm əməliyyatları üzrə dövriyyə 6 milyon 839 min manat, repo əməliyyatları üzrə dövriyyə 100 milyon manat təşkil edib..

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər