Kanadanın Baş naziri Castin Trüdo bildirib ki, 25 faizlik tariflərin tətbiq ediləcəyi təqdirdə, o, ABŞ-yə bir neçə yolla cavab verəcək. Xatırladaq ki, daha əvvəl ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadaya qarşı 25 faizlik tariflər tətbiq edəcəyinə söz verib.
“Fox News”un məlumatına görə, cənab Trüdo Floridadakı şəxsi iqamətgahında Mar-a-Laqoda Tramp ilə görüşü zamanı belə tariflərin “Kanada iqtisadiyyatını məhv edəcəyini” deyib. Buna cavab olaraq cənab Tramp Kanadaya ABŞ-nin 51-ci ştatı olmağı təklif edib.
Daha sonra ABŞ-nin lideri açıq şəkildə bəyan edib ki, Vaşinqton Kanada və Meksikanı maliyyələşdirməməlidir.







