27 C
Baku
Wednesday, June 26, 2024

Trump bir sıra ölkələr üçün ABŞ-a polad və alüminium ixracını asanlaşdırdı

Reuters-un verdiyi məlumata görə, prezident Donald Trump, bir sıra ölkələrin ABŞ-a polad və alüminium ixracına reabilitasiya edəcək bir fərman imzalayıb.

Müəyyən bir həcmdə polad təchizatı üçün güzəştlər Braziliya, Cənubi Koreya və Argentinaya tətbiq olundu. Əlavə olaraq, Argentina üçün alüminium idxalındada düzəlişlər edilib.

İndi bu ölkələrin şirkətləri ABŞ bazarında Amerika polad və alüminiumunun çatışmazlığı olduğu təqdirdə bu məhsullar üçün əlavə kvotalara müraciət edə biləcəklər.

Trump, polad və alüminiuma rüsumun tətbiq edilməsinə aydınlıq gətirib

Bu ilin mart ayında Trump ABŞ-da polad və alüminiumdan idxal rüsumları tətbiq etmək barədə qərar verib. Bundan sonra ABŞ və AB arasında ticari bir qarşıdurma başlandı; Avropa İttifaqı tütün məmulatları da daxil olmaqla, Amerika idxal məhsullarınada rüsum tətbiq edərək  cavab verdi.

İyunun 1-də Trumpun qərarı qüvvəyə minib. Beləliklə, Avropa Birliyindən, Meksikadan və Kanadadan polad idxalına 25%-lik rüsum, alüminium üzrə – 10%-lik rüsum  müəyyənləşdirilmişdir.

Avqustun 10-da, Trump, Türkiyədən polad və alüminium ixdal rüsumunu  sırayla % 50 və 20% artırdı. Ağ Evdə daha sonra, bu halın, Ankaranın milli təhlükəsizliyi təhdid etdiyinə görə baş verdiyini və «ticarətlə bağlı danışıqlardan asılı olmayaraq» qərar qəbul etdiyini izah etdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər