10 C
Baku
Sunday, December 7, 2025

Trump “Branson məsələsi” ilə bağlı Türkiyəyə güzəşt etməkdən imtina etdi

Reuters-a  müsahibəsində Prezident Donald Trump Türkiyə ərazisində həbsdə olan amerikalı pastor Andrew Brunson haqqında münasibət bildirib.

«Türkiyənin etdikləri ilə əlaqədar çox kədərlənirəm. Hesab edirəm ki, onlar böyük bir səhv edirlər. Güzəştlər olmayacaq», – Trump bildirib.

Andrew Branson Türkiyədə 2016-cı ildən etibarən həbsdədir. Ankaranın sözlərinə görə, o, hərbi  çevrilişdən sonra  Türkiyədə terror təşkilatçısı kimi tanınan Fəthullah Gülənin hərəkətində iştirak edib.

Bu ilin iyul ayında Donald Trump, Andrew Brunson’un tutulmağını utanverici adlandırıb və Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğandan pastorun azad edilməsini istəyib.  Daha sonra Trump Bransonun həbsindən ötəri Türkiyəyə «böyük sanksiyalar» tətbiq etməyə söz verdi.

1 Avqustda ABŞ Dövlət Departamentinin spikeri Heather Neuert, Vaşinqtonun sözlərinə görə, Andrew Bransonun həbsində iştirakçı olan Türk səlahiyyətlilərinə qarşı sanksiyalar tətbiq etdiyni açıqladı. Buna cavab olaraq  , Ankara, Amerikalı avtomobil, içki və tütünə idxal rüsumunu  artırdı.

Son xəbərlər
Digər xəbərlər