7 C
Baku
Wednesday, December 4, 2024

Trump dediyini etdi – bundan sonra proseslər necə cərayan edəcək?

Bakı vaxtı ilə bu gün səhər saat 5-də ABŞ, Böyük Britaniya və Fransa Suriyanı həm hava hücumu, həm də gəmidən atılan raketlərlə vurdu. Zərbələr əsasən Dəməşq, Homs və Douma şəhərlərindəki hərbi obyektlərə və kimyəvi silah obyektlərinə endirildi. Adətən olduğu kimi əməliyyat şənbə günü keçirildi ki, bunun da əsas səbəblərindən biri maliyyə bazarlarının bağlı olmasıdır ki, böyük panika və çaxnaşma olmasın. Diqqət çəkən digər bir məqam Fransa rəsmilərinin Rusiyanı bu barədə əvvəlcədən xəbərdar etmişik açıqlamaları oldu. Digər bir məqam o oldu ki, zərbə nöqtələrində heç bir rus hərbi baza və ya hərbi texnikası olmamışdır. Bu da rəsmən açıqlandı.
Digər diqqət çəkən məqam odur ki, Pentaqon rəsmən bu hücumların birdəfəlik xəbərdarlıq hücumları olduğunu açıqladı. Suriya televiziyası isə rəsmən bəyan etdi ki (hətta bir raketin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulma anını göstərdi) 13 raketin qarşısı alınaraq vurulmuşdur. Bütün bunlardan çıxarılan nəticələr: Tramp həmişəki kimi, dediyini etdi. Kimyəvi silah istifadəsinə görə Suriya cəzalandırıldı. Rusiya ilə Amerikanın hərbi sahədə birbaşa toqquşma ehtimalı minimuma endi. Keçən həftə ərzində ritorik bəyanatlar fonunda maliyyə bazarlarındakı dalğalanmalardan ABŞ və Qərb maliyyəçiləri milyardlar qazandılar.Shekil ElmanS3
Qarşılıqlı bəyanatlar davam edəcək. Lakin, fəaliyyət sferasında isə incə davranışların şahidi olacağıq. Dünya daha qlobal müharibənin nəticələrindən qorxur. Maliyyə bazarları bunu hiss edərək pozitiv əhvali ruhiyyəyə keçəcək. Bütün bunların fonunda neftin qiymətləri daha böyük maraq kəsb edir.. izləyək. Dalğalanma davam edəcək.
Son xəbərlər
Digər xəbərlər