30 C
Baku
Thursday, July 25, 2024

Trump: “Huawei şirkətinin ABŞ şirkətləri ilə əlaqələri bərpa etmək üçün şansı var”

Huawei şirkəti ABŞ şirkətləri ilə əlaqələri bərpa etmək üçün şans əldə edib. Bu barədə ABŞ prezidenti Donald Trump Ağ Evdə keçirilmiş press-konfrans zamanı bildirib. Qeyd etmək lazımdır ki, məhz onun göstərişi ilə Huawei şirkəti qara siyahıya salınıb. Bu barədə 4pda saytı xəbər verib. ABŞ prezidenti qeyd edib ki, Huawei şirkəti Çin ilə ABŞ arasındakı ticarət razılığına əlavə oluna bilər. Təbii ki, əgər belə bir razılıq əldə olunsa. Sözügedən potensial razılığın şərtləri və detalları barəsində heç bir məlumat verilməyib.

    “Ola bilər ki, Huawei şirkəti Çin ilə razılığa daxil olunsun. Əgər biz razılıq əldə etsək mən istisna etmirəm ki, Huawei şirkəti bu və ya digər formada həmin razılığa daxil ediləcək” – deyə Donald Trump bildirib. Qeyd etmək lazımdır ki, ABŞ hökuməti Huawei şirkətinə 90 günlük lisenziya təqdim edib. Beləliklə şirkət 19 avqust tarixində kimi ABŞ-da fəaliyyətini davam etdirə biləcək.

    Huawei şirkəti isə bu cür ehtimala çoxdan hazırlaşmışdı və öz daxilində Android ilə Windows-u əvəzləyəcək fərdi əməliyyat sisteminin hazırlıqlarına başlamışdı. Buna cavab olaraq Çin hökuməti öz sanksiyalarını tətbiq edə bilər. Goldman Sachs investisiya bankının analitiklərinin sözlərinə əsasən Çin hökuməti Apple şirkətinin bütün məhsullarına qadağa qoysa, şirkətin gəlirləri 30% aşağı düşəcək. Beləliklə şirkətin illik təmiz gəliri 15 milyard dollar kimi düşəcək. Analitiklər düşünürlər ki, Apple gəlirlərinin 17%-i məhz Çin bazarının üzərinə düşür.

©Technote
Son xəbərlər
Digər xəbərlər