10 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

“Trump Organization” ilə bağlanan 17 mln. dollarlıq üç müqavilə ləğv edilib

Nyu-Yorkun səlahiyyətli şəxsləri “Trump Organization” ilə üç müqavilənin ləğv olunduğunu elan ediblər.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məmurlar Kapitoliya basqınından sonra prezidentlə əməkdaşlığı dayandırmağa qərar veriblər.

“Müqavilələrdə açıq şəkildə qeyd olunur: əgər şirkət rəhbərliyi qanunsuz fəaliyyət göstərərsə, bizim müqaviləyə xitam vermək hüququmuz var. ABŞ hökumətinə qarşı üsyan qaldırmaq cinayətdir”, – deyə şəhərin meri Bill de Blazio söyləyib. O, “Trump Organization” təşkilatını məhkəməyə verməyə hazır olduğunu bildirib.

Ümumilikdə, Nyu-York ilə Trampın şirkəti arasındakı müqavilələrin dəyəri 17 milyon dollardan yüksəkdir. Şirkət golf sahəsini, Mərkəzi parkdakı əyləncə mərkəzi və iki buz meydançasını idarə edir. Qeyd edək ki, buz meydançalardan biri “Trump Organization”a təxminən 9.4 milyon dollar gəlir gətirib.

Blazionun sözlərinə görə, razılaşmaların ləğv edilməsi barədə qarşı tərəfə məlumat veriləcək. “Biz tez bir zamanda gəlib biznesi öz əllərinə götürəcək yeni tərəfdaşlar tapacağıq”, – deyə bələdiyyə başçısı vurğulayıb.

Qeyd edək ki, Trampla “Deutsche Bank” və “Signature Bank” da əməkdaşlıq etməkdən imtina edib. “Twitter”, “Facebook”, “Instagram”, “YouTube”, “TikTok” və digər iri sosial şəbəkələr prezidentin şəxsi hesabını blok edib. Bundan əlavə, “Stripe” adlı ödəmə sistemi Donald Trampın adına ianə toplamağı qadağan edib.

Son xəbərlər
Oxşar xəbərlər