11 C
Baku
Friday, November 15, 2024

Trumpın ABŞ-da miqrasiya qadağası: qərarın mahiyyəti nədən ibarətdir?

Donald Trumpın ölkəyə qaçqınların və 7 müsəlman ölkəsindən olan insanların ABŞ-a girişini qadağan edən qərar ölkədə geniş müzakirələrin əsas mövzusudur. Bu qərar İrak, İran, Suriya, Sudan, Liviya, Yəmən və Somali ölkələrinin vətəndaşlarına şamil edilib. Trump məhz belə bir qərarı öz seçki qabağı kampaniyasında vəd vermişdi. Lakin bu qərarın belə bir fəal şəkildə icra edilməsi hər kəsi böyük təəccüb içərisində qoyub.

Banker.az CNN-ə istinadən xəbər verir ki, qadağa həmçinin Amerikanın “greencard”-ına və həmçinin qüvvədə olan vizaya sahib olan şəxslərə də şamil edilir. ABŞ-a səfər edən sərnişinlər təyyarədə olarkən qərar qüvvəyə mindiyindən yerə endikdə ölkəyə buraxılmayıb və ö ölkələrinə geri göndərilib.

Qərara cavab reaksiyası da qlobal xarakter daşıdı. 100 minlərlə insan ölkənin hava limanlarında etiraza qalxdılar. Bundan əlavə, etiraz aksiyası edən insanlar Ağ evin önündə də toplaşıb və Tereza Mey, Angela Merkel, Justin Trudeau və s. kimi rəsmi şəxslərə öz etirazlarını bildirmişlər. Böyük Britaniyada Trump əleyhinə başlanan petisiyanı isə artıq 1 milyondan çox insan imzalayıb.

Bu qərarın qanuniliyi ilə bağlı bir neçə suallar gündəmdədir. ABŞ prezidenti miqrasiya siyasətinin dəyişdirilməsi üçün kifayət qədər çox səlahiyyətə malikdir. Bununla belə, bir çox tənqidçilər onun fərmanını konstitusiyaya uyğun olmayan və diskriminə edici adlandırıblar. Ayrı-ayrı ştatların hakimləri Trumpın qadağasına uyğun olaraq deportasiya olunacaq insanlar haqqında fərmanlar nəşr edib.

Əhali arasında narazılıq yaradan cəhətlərdən biri də siyahıda iştirak edən ölkələrdir. Trump administrasiyası iddia edir ki, siyahıya salınan ölkələrin bəzi vətəndaşları artıq terrorizmin dəstəklənməsində iştirak edib.

Trumpın qərarı nəinki bizneslə məşğul olan sahibkarları, həmçinin ali təhsil müəssisələrində təhsil alan tələbələri də şoka salıb. Apple şirkətinin icraçı direktoru Tim Kuk prezidentin bu qərarını tənqid edib və qeyd edib ki, miqrantlarsız texnologiya nəhəngi olan bu şirkət mövcud belə olmazdı. Onun bu fikirlərini Facebook və Google şirkətləri də dəstəkləyib.

Bundan sonra, Ağ ev İrak, İran, Suriya, Sudan, Liviya, Yəmən və Somali ölkələrindən olan şəxslər viza üçün müraciət etdikdə onların sosial şəbəkə hesablarını, ziyarət etdikləri saytları və həmçinin mobil telefonlarındakı kontakt siyahısını tələb edə bilər. Digər ölkə vətəndaşı ondan tələb olunan bu məlumatları təqdim etməzsə, onun ölkəyə girişinə qadağa qoyulacaq. Təxminlərə əsasən, yazın zaman ərzində bu “qara siyahı”-ya düşən ölkələrin sayı artacaq.

Son xəbərlər
Digər xəbərlər