8 C
Baku
Sunday, November 17, 2024

“TSMC” ABŞ-da zavod tikintisinə 40 milyard sərmayə qoyacaq

Tayvanın çip istehsalçısı olan “Taiwan Semiconductor Manufacturing Company” (TSMC) ABŞ-ın Arizona ştatında iki yeni fabrikin tikintisinə əvvəldən planlaşdırdığı sərmayəni 40 milyard dollara çatdıracaq ki, bu da ABŞ tarixindəki ən böyük investisiyalardan biri olacaq.

Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

Şirkətin sədri Mark Lü “TSMC”nin illik gəlirini 10 milyard dollar olaraq qiymətləndirsə də, ABŞ-da yeni zavodların açılmasından sonra şirkətin gəlirinin ildə 40 milyard dollara qədər arta biləcəyini söyləyib. O, həmçinin qeyd edib ki, Arizonadakı zavod 2024-cü ildə N4 prosessorundan istifadə edərək çiplərin istehsalına, 2026-cı ildə isə daha da təkmil 3 nanometrlik çiplərin istehsalına başlamağa hazırlaşır.

Məlumata görə, layihəyə ilkin sərmayənin həcmini demək olar ki, üç dəfə artırmaq qərarına əvvəllər tayvanlı tərəfdaşlarla danışıqlar aparan ABŞ Prezidenti Co Bayden təsir göstərib.

Belə ki, COVID-19 epidemiyası səbəbindən başlayan qlobal yarımkeçirici qıtlığından sonra Bayden ABŞ yarımkeçirici istehsalına 52.7 milyard dollar subsidiya vermək üçün qanun layihəsi imzalayıb. Bundan əlavə, Bayden administrasiyası oktyabr ayında Çinə yarımkeçiricilər və çip istehsalı avadanlıqlarının tədarükünə məhdudiyyətlər qoyub.

Son xəbərlər
Digər xəbərlər