12 C
Baku
Wednesday, December 11, 2024

“TSMC” Arizonada zavodlar tikmək üçün ABŞ-dən $6.6 mlrd. qrant alacaq

Dünən, aprelin 8-də ABŞ Prezidenti Co Baydenin administrasiyası elan edib ki, dünyanın ən böyük yarımkeçirici istehsalçısı Tayvanın “Taiwan Semiconductor Manufacturing Co” (TSMC) şirkəti Arizonada zavodların tikintisi üçün ABŞ hakimiyyətindən 6.6 milyard dollara qədər vəsait alacaq.

Vəsait “TSMC”nin Amerika bölməsinə ayrılacaq, əlavə olaraq ona 5 milyard dollar kredit verilə bilər. Beləliklə, şirkətin əldə edəcəyi ümumi məbləğ 11 milyard dolları keçəcək. “TSMC” Arizonada üç zavod tikmək niyyətindədir.

Tayvan şirkətinə pul ayırmaq qərarı 2022-ci il “CHIPS and Science Act” (Çip və elm aktı)  əsasında ABŞ-da çiplərin hazırlanması və istehsalına 52.7 milyard dollarlıq investisiya proqramı çərçivəsində qəbul edilib. Əvvəllər Amerika hakimiyyəti artıq bir neçə iri layihəni, o cümlədən çip istehsalını genişləndirmək üçün “Intel” korporasiyasına 8.5 milyard dollar ayırdığını elan etmişdi.

Son xəbərlər
Digər xəbərlər