13 C
Baku
Saturday, November 16, 2024

TSMC “Huawei” dən prosessor sifarişlərini qəbul etməyi dayandırır

Dünyanın ən böyük yarımkeçirici istehsalçısı olan TSMC, “Huawei”dən prosessor sifarişlərini qəbul etməyi dayandırır.

Banker.az xəbər verir ki, bu barədə “Nikkei” yə istinadən “Reuters” xəbər agentliyi məlumat verib.

Söhbət prosessorların fiziki istehsalından gedir. Qeyd edək ki, bu kifayət qədər mürəkkəb və çox bahalı bir işdir. “Huawei”, “Apple” və “Qualcomm” kimi texnologiya nəhəngləri öz prosessorlarını TSMC-dən alırlar.

Eyni zamanda, Tramp rəhbərliyi israrla TSMC-dən istehsalını ABŞ-da açmağa dəvət edib. Buna cavab olaraq TSMC 12 milyard dollara Arizonada zavod quracağını bildirib. Bununla bağlı hələlik rəsmi açıqlama verilməyib, lakin Pekin yerli istehsalçılara 2 milyard dollar sərmayə qoyacaq.

Son xəbərlər
Digər xəbərlər