“Taiwan Semiconductor Manufacturing Co.” (TSMC) şirkətinin kapitalaşması tarixdə ilk dəfə 1 trilyon dolları keçib. Çip istehsalçısının səhm qiymətinin artımı süni intellekt çiplərinə güclü tələbat fonunda illik satış proqnozunu artırdıqdan sonra sürətlənib. Aprel ayından etibarən TSMC səhmləri demək olar ki, 50% bahalaşıb. Bu barədə “Bloomberg” yazır.
TSMC artıq 2025-ci il üçün gəlir artımı hədəfini 30%-ə qaldırıb və Tayvan dollarının möhkəmlənməsinə baxmayaraq çiplərin daha da bahalaşacağını proqnozlaşdırır.
TSMC-nin amerikan depozit qəbzləri (ADR) təqribən 1.2 trilyon dollar dəyərində qiymətləndirilir ki, bu da şirkəti xarici investorlar üçün ən əlverişli edir. Ekspertlər hesab edirlər ki, süni intellekt texnologiyalarının daha da inkişafı və çip qiymətlərinin artması TSMC-nin qlobal bazarda lider mövqeyini gücləndirəcək.