19 C
Baku
Şənbə, Sentyabr 25, 2021

“TSMC” şirkəti “Apple” üçün “M2” çiplərinin istehsalına başladı

Screen Shot 2021 09 02 at 14.34.20

“TSMC” şirkəti “Apple” üçün “M2” çiplərinin istehsalına başlayıb. İlk tədarük iyul ayında olacaq, onlar əsasında cihazların satışa buraxılması isə 2021-ci ilin ikinci yarısında gözlənilir.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

“M2” özündə mərkəzi prosessor, qrafik prosessor və operativ yaddaş ehtiva edir. Qeyd edək ki, “Apple” həmçinin “M1” çiplərinin bəzi məhdudiyyətlərini (yalnız iki “Thunderbolt” port dəstəkləməsi) aradan qaldırmağı planlaşdırır.

Xatırladaq ki, “Apple” korporasiyası “Intel”dan imtina etdiyini və öz prosessorlarına keçdiyini 2020-ci ilin iyun ayında açıqlayıb. Həmin ilin noyabr ayında şirkət öz prosessorunu quraşdırdığı ilk “MacBook Air”, “MacBook Pro” və “Mac Mini” cihazlarını təqdim edib.

2021-ci ildə “Bloomberg” korporasiyanın “Intel”dan daha güclü olacaq prosessorlar buraxmaq niyyətində olduğunu yazıb.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər