6 C
Baku
Friday, January 17, 2025

TSMC süni intellekt çiplərinə tələbatın artması fonunda rekord gəlir əldə edib

Dünyanın ən böyük yarımkeçirici istehsalçısı olan “Taiwan Semiconductor Manufacturing Company” (TSMC) 2024-cü ilin dördüncü rübündə mənfəətinin 57% artaraq 11.4 milyard dollara çatdığını bildirib.

TSMC-nin gəliri süni intellekt (AI) sistemləri üçün çiplərə tələbin yüksəlməsi fonunda artıb. Şirkətin maliyyə direktoru Vendell Huan mətbuat konfransı zamanı bildirib ki, 2024-cü ildə  gəlirin üç dəfə artırdıqdan sonra şirkət bu rəqəmin 2025-ci ildə daha iki dəfə artacağını gözləyir.

Keçən həftə TSMC 2024-cü ildəki gəlirinin 33.9% artaraq 87.6 milyard dollara çatdığını açıqlamışdı ki, bu, 1994-cü ildə birjaya çıxdıqdan sonra şirkətin ən yaxşı göstəricisidir. TSMC səhmlərinin qiymətləri güclü hesabat və əlverişli proqnozlar fonunda NYSE birjadankənar ticarətində 5%-dən çox yüksəlib.

Son xəbərlər
Digər xəbərlər