12 C
Baku
Şənbə, Dekabr 4, 2021

“TSMC” və “Sony” Yaponiyada 7 mlrd. dollara çip istehsalı müəssisi açacaqlar

Dünyanın ən böyük yarımkeçirici istehsalçısı “TSMC” (Taiwan Semiconductor Manufacturing Company) Yaponiyada ilk obyektini inşa etməyi planlaşdırır.

Banker.az xəbər verir ki, tikintiyə “Sony Group” korporasiyası kömək edəcək, layihəyə qoyulan ümumi investisiyaların həcmi isə 800 milyard yen və ya 7.15 milyard dollar olacaq.

Avtomobillər üçün yarımkeçiricilər, rəqəmsal kameralar və digər çiplərin istehsalı zavodu Kumamoto prefekturasında, “Sony”yə məxsus olan ərazidə tikiləcək. Yeni müəssisə 2024-cü ildə fəaliyyət göstərməyə başlayacaq.

Qeyd edək ki, “Toyota Motor Group”un üzvü olan avtomobil hissələri istehsalçısı “Denso” layihənin təqdimatında iştirak etməyi planlaşdırır. Xüsusilə, obyektdə avadanlıqların quraşdırılmasında kömək etməyi düşünür. Şirkət üçün Yaponiyada “TSMC” zavodunun işə salınması onun avtomobil hissələrində istifadə olunan mikrosxemlərin sabit təchizatına nail olmağa imkan verəcək həll yoludur.

Son xəbərlər
Oxşar xəbərlər
X