Dünyanın ən böyük yarımkeçirici istehsalçısı olan “Taiwan Semiconductor Manufacturing” (TSMC) şirkətinin səhmləri 3% artıb. Beləliklə, onun kapitallaşması yenidən 500 milyard dolları keçərək 501.3 milyard dollar təşkil edib. Bunla yanaşı, “TSMC” dünyanın ən bahalı 10 şirkəti siyahısında daxil olub.
Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Şirkətin səhm kotirovkaları çiplərə tələbatın kəskin artması fonunda 2021-ci ilin əvvəlində rekord həddə çatıb. Ancaq keçən il istehsal əhəmiyyətli dərəcədə azalıb. İndi artım yenidən bərpa olur: 2023-cü ilin əvvəlindən “TSMC” səhmləri 32% artıb. Analitiklərin fikrincə, bu, süni intellekt sistemlərinin yayılması kontekstində mikroçiplərə tələbatın əhəmiyyətli dərəcədə artacağının gözlənilməsi ilə bağlıdır.
“General süni intellektdən (məsələn, “ChatGPT”) istifadə edən tətbiqlərin meydana çıxması ilə biz yarımkeçirici sənayenin mobildən uzaqlaşaraq süni intellektə keçdiyini görürük”, – “Morgan Stanley” deyir.
Onların fikrincə, “TSMC” xüsusi məqsədlər üçün fərdiləşdirilə bilən enerjiyə qənaətcil və ucuz AI çiplərinə tələbat səbəbindən bazar liderlərindən biri ola bilər.