10 C
Baku
Saturday, December 21, 2024

“Tufandağ” və “Şahdağ” Turizm mərkəzində xizək mövsümü – Hansı daha sərfəlidir?(Müqayisə)

İki böyük qış istirahət kompleksi olan “Tufandağ” və “Şahdağ” qış mövsümünü açıq elan edib.Tufandağ və Şahdağ Turizm Mərkəzi xizək mərkəzi öyrənməni sürətləndirmək üçün yaradılmış xüsusi xizək avadanlıqlarının kirayəsini təklif edir.  Təcrübəsi olanlarla yanaşı, heç vaxt xizəklə sürüşməyənlər də çəkinmədən „Tufandağ” və “Şahdağ” Turizm Kompleksinə gələ bilərlər. Burada yeni öyrənənlər üçün xüsusi təcrübə məkanı və peşəkar təlimçilərin olduğu xizək məktəbi də açılıb.

Banker.az olaraq bu dəfə iki turizm kompleksində xizək və xizək avadanlıqlarının kirayə qiymətlərini, xizəkçilər üçün keçid biletləri, kanatla gəzintilərin qiymətlərini müqayisəli şəkildə araşdırdıq. Aşağıda verilmiş cədvəldən məlumatlarla ətraflı tanış ola bilərsiz.

thss

Bildirək ki, Şahdağda xizək paketi ( xizək + xizək ayaqqabısı + xizək dirəyi) həftəsonu və bayram günlərində böyüklər üçün 50 AZN, uşaqlar üçün isə 15 AZN, həftə içi isə böyüklər üçün 40 AZN, uşaqlar üçün 25 AZN nəzərdə tutulub. Həmçinin snoubord paketi (snoubord + snoubord ayaqqabısı) həftəsonu və bayram günlərində böyüklər üçün  45 AZN, uşaqlar üçün 30 AZN, həftə içi isə müvafiq olaraq 35 və 20 AZN-dir. Tufandağda xüsusi paket qeyd edilməyib.

Tufandağda xizək və xizək çubuğu yeni başlayanlar üçün 15 AZN, orta və təcrübəli olanlar üçün isə 20 AZN-dir. Lakin, Şahdağda isə bu avadanlıqlar tək-tək kirayə verilir: Təkcə xizək həftəsonu və bayram günlərində böyülər üçün 30 AZN, uşaqlar üçün 20 AZN, həftə içi böyüklər üçün 25 AZN, uşaqlar üşün 15 AZN nəzərdə tutulub. Həm də xizək çubuğu  həftəsonu və bayram günlərində böyülər üçün 6 AZN, uşaqlar üçün 5 AZN, həftə içi böyüklər üçün 5 AZN, uşaqlar üşün 5 AZN-dir.

Şahdağ turizm mərkəzində  Zirvə oteldə dolabın kirayəsi 3 AZN, Park Chalet və Pik Palace-da isə 5 AZN təşkil edir. Ancaq Tufandağda dolabın kirayəsi pulsuzdur.

Şahdağ Turizm kompleksində təcrübəsizlər üçün 1 günlük xizəkçilər üçün keçid biletləri böyüklər üçün 20 AZN, uşaqlar üçün 15 AZN qeyd edilib.

Tufandağda kanatla Qəbələ zirvəsinə və „Yatmış Gözəl zirvəsi”nə səyahət böyüklər üçün 15 AZN, uşaqlar üçün 10 AZN nəzərdə tutulub. Ancaq Şahdağda isə yalnız kanatla sürüşmə bir dəfə eniş 10 AZN, iki dəfə eniş 18 AZN-dir. Keçid bileti almaqla, kanata da yarım gün, tam gün, iki gün, üç gün və s. keçid əldə etmiş olursunuz. Keçid biletlərinin qiymətləri də cədvəldə qeyd olunub. Ski pass xizək yollarına aid olan biletdir. Ski pass həmçinin kanat xətlərinə də aiddir. Xizək avadanlıqları üçün ödəniş edən qonaqlar ski pass üçün də ödəniş etməlidirlər. Xizəksiz olan qonaqlara ski pass verilmir. Əgər qonaq xizək və ski pass üçün ödəniş edərsə, Kanat xətlərindən də ski pass ilə istifadə edə bilər. Kanat xətləri üçün olan qiymətlər eyni olaraq qalır. Ski pass qiymətləri əlavədə göstərildiyi kimi həftə sonları dəyişir.

nt

Şahdağ Turizm Mərkəzində həftəsonu və bayram günlərində böyüklər üçün 4 günlük 90 AZN, uşaqlar üçün 70 AZN, həftə içi isə böyüklər üçün 80 AZN, uşaqlar üçün 60 AZN, 5 günlük həftəsonu və bayram günlərində böyüklər üçün 100 AZN, uşaqlar üçün 80 AZN, həftə içi müvafiq olaraq 90 AZN və 70 AZN, 6 günlük həftəsonu və bayramda böyüklərə 110 AZN, uşaqlara 90 AZN, həftə içi 100 AZN və 80 AZN nəzərdə tutulub.

Şahdağ və Tufandağ Turizm Mərkəzlərində olan xizəkçilər üçün keçid biletlərini və mövsümü keçid biletlərini aşağıdakı cədvəldə təqdim edirik. Onu da qeyd edək ki, Şahdağ mərkəzində piyadalar üçün keçid biletləri həftə içi böyüklər üçün 10 AZN, uşaqlar üçün isə 7 AZN təşkil edir.

kp

Son xəbərlər
Digər xəbərlər