Qürurla deyə bilərik ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Qarabağın turizm destinasiyası kimi inkişaf etdirilməsinə çalışırıq.
Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin – “AITF 2023” açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, Tuğ kəndində, Hadrut qəsəbəsində, Ağdamda Şahbulaq qalası ətrafında ilkin turizm infrastrukturunun yaradılması istiqamətində layihələndirmə işləri aparılır:
“Suqovuşan su anbarı ətrafında turizm kompleksinin qurulması işi davam etdirilir. İnanırıq ki, turizm insanlarımızın yaşayışını təmin etmək üçün aparıcı sahələrdən biri olacaq”.