32 C
Baku
Tuesday, June 18, 2024

TÜİB sədri: Türkiyə artıq Azərbaycanda istehsala başlamalıdır

Türkiyə artıq Azərbaycanda istehsal mərhələsinə başlamalıdır.

Bu sözləri “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyn Böyükfırat Azərbaycan-Türkiyə əməkdaşlığına həsr olunmuş “Caspian Energy Forumu”n Xüsusi Sessiyasında deyib.

O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında iqtisadi münasibətlər yalnız idxal və ixracla sərhədlənməməlidir. Türkiyə iş adamları Azərbaycana investisiya yatırmaqla istər daxili, istərsə də Türkiyədən gətirilən xammal hesabına istehsala başlamalıdırlar”, – deyə sədr bildirib.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər