15 C
Baku
Thursday, September 19, 2024

Tunis Azərbaycandan xam neft idxalını 19 dəfə artırıb

Tunis Azərbaycandan cari ilin ilk səkkiz ayında 256.64 min tonluq xam neft alıb.

Banker.az bunu Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Şimali Afrika ölkəsinə ixrac olunmuş xam neftin dəyəri 163.897 milyon ABŞ dolları təşkil edib.

Bununla da ixrac miqdari  illik müqayisədə 19 dəfə, dəyəri isə 21 dəfə çoxalıb.

Keçən il xam neftin bir tonu  585 dollar olduğu halda, cari ildə bu rəqəm 639 dollar olub.

 

Son xəbərlər
Digər xəbərlər