30 C
Baku
Thursday, May 30, 2024

Tunis klubu Neftçi”yə təzminat ödəyib

Tunisin “Esperans” komandası “Neftçi”yə olan borcunu ödəyib.

Bu barədə Bakı klubunun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev açıqlama verib.

Onun sözlərinə görə, Tunis şəhərinin eyniadlı təmsilçisi “ağ-qaralar”dan heyətinə qatdığı Sabir Buqrinə görə ödəməli olduğu 827 000 manat məbləğində təzminatı klubun hesabına köçürüb. Bundan sonra FIFA “Esperans” klubuna qoyduğu transfer qadağasını götürüb.

Qeyd edək ki, Sabir Buqrin bu ilin yanvarında “Neftçi”ni Tunis təmsilçisinə dəyişib.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər