Tunisdə Xalq Nümayəndələri Məclisinə – parlamentin aşağı palatasına növbədənkənar seçkilər keçirilir.
Bu barədə “Mosaique FM” məlumat yayıb.
161 deputat mandatı uğrunda mindən çox namizəd mübarizə aparır. Tunisin parlamentinin aşağı platasının deputatları 5 il müddətinə seçilir. Təxminən 12 milyon əhalisi olan ölkədə 9,3 milyondan çox seçici səs vermək hüququna malikdir.