9 C
Baku
Friday, December 13, 2024

Tunisin yeni Baş naziri təyin edilib

Tunis Prezidenti Kays Səid ölkənin yeni Baş naziri olaraq Əhməd əl-Həşanini təyin edib.

Bu barədə Tunis Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yeni hökumət başçısının andiçmə mərasimi Karfagen sarayında keçirilib.

Ondan əvvəl Tunis hökumətinə Najla Boudin Romdan başçılıq edirdi. 65 yaşlı Romdan ərəb dünyasında və Tunis tarixində ilk qadın Baş nazir idi və 2021-ci ilin oktyabrından hökumətə rəhbərlik edirdi.

Baş nazirin dəyişməsi səbəbləri barədə məlumat verilməyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər