“Bank of Baku” ASC-nin səhmdarlarının qərarı ilə İdarə Heyətininin sədrinə yeni müavin təyin edilib.
Banker.az-ən əldə etdiyi məlumata görə, bu Tural Məmmədov İlyas oğludur.
T.Məmmədov bundan öncə Problemli kreditlər, inzibati və təhlükəsizlik üzrə sahə direktoru idi.
Məmmədovun ümumi peşəkar təcrübəsi 20 ili əhatə edir ki, bunun da son 17 ilini bank sektorunda həyata keçirib.
“Bank of Baku”nun komandasına 2011-ci ildən qatılıb. İlk olaraq Hüquq departamentinin direktoru və 2022ci ilin yanvarında isə Sahə direktoru kimi Problemli kreditlər departamenti, Hüquq departamenti, İnzibati və təhlükəsizlik departamentini kurasiya edib.