9 C
Baku
Monday, November 18, 2024

Tural Məmmədov kredit biznesinə yenidən maya qoyub, kapitalı 2.15 mln.-a çatdırdı

“Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalı 4.9% artırılıb.

Banker.az xəbər verir ki, Tural Məmmədov adlı şəxsə məxsus olan kredit təşkilatının nizamnamə kapitalı son əməliyyatda 100 000 manat artımla 2 154 000 manata yüksəlib.

Tural Məmmədov 2020-ci ildə “Azərbaycan Mikro-Kredit” BOKT-un nizamnamə kapitalından 600 000 manatlıq hissəsini geri çəkməklə kapitalın həcmini 2 054 000 manata qədər azaldılmışdı.

Qeyd edək ki, BOKT 2020-ci il üzrə rəsmi açıqlamasında 510 000  manatlıq zərər etdiyini açıqlamışdı. 2021-ci il üzrə isə hələlik nəticələr açıqlanmır.

 

Son xəbərlər
Digər xəbərlər