“Turan Bank” kommersiya bankına məxsus “Mücrü” əmanətin illik ödəniş faiz dərəcəsi 0.5% bəndi artırılıb.
Banker.az monitorinq qrupu bildirib ki, bank manatda olan bu əmanətinin faizini 9.5%-dən 10%-ə qədər artırmalı olub.
Bank bu əmanəti 6 ay müddətinə cəlb etməklə milli valyuta ilə yanaşı, dollar və avroda minimal məbləğ 100 AZN/USD/EUR həddində qəbul edir.
Dollar üçün müddətin sonuna ödəniş faizi 1.5% və avro üçün isə 0.4%-dir.