Bank tədricən cəmi aktivlərini ötən illərdəki rəqəmlərə çatırmağa çalışır
“Turan Bank” ASC-nin (haqqında) cəmi aktivləri iyul-sentyabr aralığında 4% artaraq 513,97 mln. manata çatdırıb.
Banker.az bu barədə “Turan Bank”ın 2018-ci ilin 3-cü rübünə dair maliyyə hesabatına istinadən xəbər verir.
Bankın kredit siyasətinin əsas prioriteti olan kredit portfeli təkcə son 3 ay ərzində 17 mln. manat artımla 290,11 mln. manata çatıb. Lakin, bankın digər bank və maliyyə institutlarına verdiyi kredit portfelin həcmi 60,8 mln. manatdan 44,8 mln. manata kimi azalmalı olub.
Müştərilərin depozitləri həcmi böyüyüb
2018-ci ilin 3-cü rübündə “Turan Bank”ın depozit portfeli13% artımla 253,31 mln. manat olub.
Banklar və maliyyə institutları üzrə kredit portfelində olduğu kimi depozit portfelndə də kiçilmə baş verib. Belə ki, Bank və maliyyə institutlarının banka yerləşdirdiyi depozitlərin həcmi 3-cü rübdə 209,02 mln.manatdan 198,48 mln. manata düşüb.
Bankın hazırda cəmi öhdəlikləri 454,97 mln. manat, cəmi kapitalı isə 59 mln. manatdır.
Az da olsa, xalis mənfəət edə bilib
Bank 208-ci ilin ilk 9 ayı ərzində 22,09 mln. manat cəmi faiz gəlir, və eləcə də faizlər üzrə 15,96 mln. manat xərc edib ki, bu da bankın 6,95 mln. manat xalis faiz gəliri əldə etməsi deməkdir. Qeyri-faiz gəlirləri 2,38 mln. , qeyri-fazi xərcləri isə 8,63 mln. manat edib ki, bank ümümi əməliyyat mənfəəti cəmi 9 aya 697 min manata təşkil edib. Yerdə qalan əməliyyat mənfəətinin də 633 mln. manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılması üzrə xərclərə ayrılıb və bank 67 min manatlıq xalis mənfəət etməli olub.