6 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

“Turan Bank” ilə mənfəətlə start verib

“Turan Bank” ASC 2020-ci ilin ilk 3 ayı ərzində 0,65 mln. manatlıq xalis mənfəət əldə edib.

Banker.az xəbər verir ki, bu barədə Bankın rüblük maliyyə hesabatında deyilir.

Hesabata görə, Bankın faiz gəlirləri ilin ilk rübündə 9,33 mln. manat, faiz xərci 5,71 mln. manat, qeyri-faiz gəliri 0,92 mln manat, qeyri faiz xərci isə 3,94 mln. manat təşkil edib, nəticədə 0,59 mln. manatlıq əməliyyat mənfəəti əldə edib. Bunan əlavə bankın probelemli kreditlərinin geri dönüşündən sonra xalis mənfəəti 0,65 mln. manat olub.

Bu mənfəətdən sonra kommersiya bankının balansında olan yığılmış zərər bir qədər də azalmaqla 1,36 mln. manata qədər düşüb.

Bankın hazırda aktivləri 514 mln. manat təşkil edir ki, bunun 339,74 mln. manatı müştərilərə verdiyi kreditdir.

1 aprel 2020-ci il tarixinə olan son göstəriciyə görə bankın cəmi öhdəlikləri 438,6 mln. manatdır, bunun 255,79 mln. manatı müştərilərinin depzoitləridir.

Son xəbərlər
Oxşar xəbərlər