13 C
Baku
Friday, November 22, 2024

“Turan Bank” ilin ilk yarısında 52 mln. manatlıq gəlir əldə edib

“Turan Bank” ASC 2024-cü ilin birinci yarısında 52.07 milyon manat ümumi gəlir, 852 min manat xalis mənfəət əldə etdiyini açıqladı.

Banker.az xəbər verir ki, bu bankın cari ilin II rübünün sonuna olan maliyyə hesabatında bildirilir.

Hesabata əsasən, ümumi gəlirlərin 2023-cü ilin ilk yarısında 43.51 mln. manat olduğunu nəzərə alsaq, bu, illik müqayisədə 20% artımdır.

Bankın faiz gəlirləri 43.95 mln. manat, qeyri-faiz gəlirəri 8.13 mln. manat, faiz xərcləri 24.63 mln. manat, qeyri-faiz xərcləri 18.25 mln. manat olub.

Bankın cəmi aktivlərinin həcmi ilin ilk altı ayında 6% artaraq 871.77 mln. manat olub. Aktivlərin 644.97 mln. manatı müştərilərə verilən kreditlər təşkil edir.

Bankın cəmi öhdəliklərinin həcmi 789.78 mln. manat təşkil edib, o cümlədən 454.23 mln. manatıdepozitlər təşkil edir.222 221

Son xəbərlər
Digər xəbərlər