“Turan Bank” ASC bu ilin I yarımilliyini 185 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 645 min manat idi
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ ARTIB
Yanvar-iyun aylarında “Turan Bank”ın gəlirləri 21 milyon 759 min manat (illik müqayisədə 2.1 dəfə çox), xərcləri 21 milyon 261 min manat, xüsusi ehtiyatlara ayırmaları 312 min manat təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
BANK BÖYÜYÜB
Bu il iyulun 1-nə “Turan Bank”ın aktivləri 602 milyon 953 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 9.3% çoxdur. Bunun 373 milyon 263 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 6 ayda Bankın kredit portfeli 6.3% böyüyüb.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
Bu ilin birinci yarımilliyində “Turan Bank”ın istehlak kreditləri 49 milyon 5 min manatdan 58 milyon 356 min manata, biznes kreditləri 240 milyon 377 min manatdan 243 milyon 652 min manata, daşınmaz əmlak kreditləri 61 milyon 857 min manatdan 71 milyon 255 min manata çatıb.
DEPOZİT PORTFELİ BÖYÜYÜB
Hesabat dövründə “Turan Bank”ın öhdəlikləri 9.7% artaraq 517 milyon 33 min manata, o cümlədən depozit portfeli 6.2% arataraq 297 milyon 457 min manata, balans kapitalı 7% artaraq 85 milyon 919 min manata çatıb.
Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 55.3 %-i 20 fiziki şəxsə, 44.7%-i isə 8 hüquqi şəxsə məxsusdur.
Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 55,3 %-i 20 fiziki şəxsə, 44,7 %-i isə 8 hüquqi şəxsə məxsusdur.