14 C
Baku
Saturday, May 4, 2024

“Turan Bank” investisiya portfelinə rəqib bankların istiqrazlarını da daxil edib

“Turan Bank” ASC 2022-ci ildə investisiya qiymətli kağızlar üzrə portfelini 23.91 mln. manat və ya 88 faiz yüksəldib.

Banker.az bunu bankın illik audit hesabatına istinadən xəbər verir.

Belə ki, bu portfel 1 yanvar 2023-cü il tarixinə 51.18 mln. manat olub.

Bankın investisiya portfelinin əsas hissəsində risksiz sayılan dövlət istiqrazlarına (Maliyyə Nazirliyi buraxır) yatırım edib və portfel bir il ərzində 17.51 mln. manatdan 46.98 mln. manata çatıb. Bu istiqrazlar üzrə orta gəlirlilik 5.73% təşkil edir.

“Turan Bank” ötən rəqib “Bank Respublika” ASC-nin 8.5% gəlirlilik təklif edən 15 mln. manatlıq istiqrazlarının 1.25 mln. manatını portfelinə daxil edib. Əlavə olaraq Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən emissiya edilmiş 6% gəlirlilik təklif edən 1 mln. manatlıq qiymətli kağızlarını alıb.

Portfelinə 3.00% illik gəlirliliklə 0.85 mln. manat ekvivalentində ABŞ-nin Xəzinə veksellərini əldə edib. Audit hesabatında bu istiqrazların son ödəniş tarixinə dair məlumat təqdim edilməyib, lakin rəqəm də portfelə görə olduqca kiçikdir.

Bank 2022-ci ildə investisiya qiymətli kağızlar üzrə portfelindən cəmi 0.51 mln. manat faiz gəliri əldə edib, bu öncəki ildə 0.29 mln. manat olub.

31 dekabr 2022-ci il tarixinə bank investisiya qiymətli kağızları üzrə 0.75 mln. manat məbləğində ədalətli dəyər zərəri tanıyıb. Bu öncəki ildə sıfıra bərabər idi.

Qeyd edək ki, bankın pay qiymətli kağızlar üzrə əlavə 0.53 mln. manatlıq kağızları var.23432444

Son xəbərlər
 ⁠
Digər xəbərlər