26 C
Baku
Wednesday, April 24, 2024

“Turan Bank” kredit və qiymətli kağızlar bazarında aktivləşməsi hesabına böyüdü

“Turan Bank” ASC-nin cəmi aktivləri 1 iyul 2019-cu il tarixinə 510,93 mln manat olub.

Banker.az xəbər verir ki, bu barədə kommersiya bankın 2019-cu ilin yanvar-iyun ayları üzrə maliyyə hesabatında deyilir.

Cəmi aktivlərinin 319,76 mln. manatı kredit portfeli və 16,26 mln. manat təşkil edib. Kredit portfeli son 3 ayda 2% böyüməklə və qiymətli kağızlar portfeli isə 4 dəfədən çox böyüyüb.

“Turan Bank”ın cəmi aktivləri 441,66 mln. manat olmaqla 260,93 mln. çamatı müştəri depozitləri, 177,72 mln. manatı isə bankların və digər maliyyə institutlarının depozitləri və kreditlərdir.

Mənfəət edib

“Turan Bank” 2019-cu ilin ilk yarımilliyində 16,39 mln. manat faizgəliri, 10,81 mln. manat faiz xərci, 1,58 mln. manat qeyri-faiz gəliri və 7,06 mln. manat isə qeyri-faiz xərci edib. Nəticədə bankın əməliyyat mənfəəti 85 min manat təşkil edib. 1-ci rübdə əməliyyat fəaliyyəti 444 min manatlıq zərərlə bitmişdi. Görünür bank gəlirlərinini artırmaqla bu zərərdən çıxa bilib.

Bankın yarım il üzrə xalis mənfəəti cəmi 150 min manat təşkil edir.

Ümumiyyətlə bu bank əməliyyat fəaliyyəti ilə bağlı bir o qədər uğurlu nəticələr əldə edə bilmir. 2018-ci ilin 1-ci yarısında bankın cəmi əməliyyat mənfəəti 645 min manat idi.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər