12 C
Baku
Cümə, Dekabr 3, 2021

“Turan Bank” mənfəət edib, gəlirləri artıb

“Turan Bank” ASC bu ilin 3-cü rübünü 404 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə bankın mənfəəti 1 milyon 414 min manat olub.

Banker.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ ARTIB

Yanvar-sentyabr aylarında “Turan Bank”ın gəlirləri 34 milyon 522 min manat (illik müqayisədə 15% çox), xərcləri 33 milyon 491 min manat (18% çox) təşkil edib.

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu il oktyabrın 1-nə “Turan Bank”ın aktivləri 671 milyon 282 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 22% çoxdur. Bunun 408 milyon 819 min  manatı müştərilərə verilmiş  kreditlərdir. Son 9 ayda Bankın kredit portfeli 16.4% böyüyüb.

DEPOZİT PORTFELİ ARTIB

Hesabat dövründə “Turan Bank”ın öhdəlikləri 24% artaraq 584 milyon 725 min manata, o cümlədən depozit portfeli 29% arataraq 361 milyon 854 min manata, balans kapitalı 8% artaraq 86 milyon 557 min manata çatıb.

Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 55,3%-i 20 fiziki şəxsə, 44,7%-i isə 8 hüquqi şəxsə məxsusdur.

t1 t2 T3 t4

Son xəbərlər
Oxşar xəbərlər
X