28 C
Baku
Saturday, July 27, 2024

“Turan Bank” maliyyə nəticələrini açıqlayıb – HESABAT

“Turan Bank” ASC 2023-cü ilin ilk yarısında aktivlərinin həcmini 13% artırmaqla 929.99 mln. manata yüksəldib.

Banker.az bu barədə Bankın rüblük maliyyə hesabatına istinad edir.

Hesabata görə, aktivlərin 575.52 mln. manatı müştərilərə verilən kreditlər olub ki, bu da ilk yarımildə 5% artımdır. Kredit portfelinin 142.24 mln. manatı (ilin əvvəli: 138.79 mln. manatı ) istehlak, 330.88 mln. manatı (313.85 mln. manat) biznes və 102.4 mln. manatı (95.85 mln. manat)ipoteka kreditləri təşkil edib.

Bank müştərilərindən cəlb etdiyi depozit portfelinin həcmini 484.05 mln. manat olmaqla ilk 6 ayda 13% artıb. Depozitlərin 387.5 mln. manatı fiziki şəxslərin və 96.55 mln. manatı hüquqi şəxslərin depozitləridir.234234234423

Son xəbərlər
Digər xəbərlər