16 C
Baku
Friday, April 19, 2024

“Turan Bank”a yeni səhmdar gəlib

“Turan Bank” ASC-nin nizamnamə kapitalının 10 002 008 manat və yaxud 18,2% artırılaraq 55 003 470 manatdan 65 005 478 manata çatdırılması çərçivəsində Banka yeni səhmdarlar cəlb edilib. Söhbət 2 hüquqi şəxsdən gedir.

Son nəticədə “Turan Bank”ın səhmdarı olan hüquqi şəxslərin sayı 6-dan 8-ə, onların Bankın nizamnamə kapitalındakı payı isə 28,4%-dən 31,94%-ə yüksəlib. Bu barədə məlumatı Report agentliyi işıqlandırıb.

Bununla yanaşı, kapital artımında “Turan Bank”da pay sahibi olan fiziki şəxslər də iştirak edib. Amma proses yekunlaşdıqdan sonra ümumi sayı 21 olan fiziki şəxslərin payı 71,6%-dən 68,06%-ə düşüb.

Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb.

Son xəbərlər
Digər xəbərlər