13 C
Baku
Friday, April 26, 2024

“Turan Bank”dan da “Diqlas”dakı sahibkarlara dəstək gəldi

“Diqlas” ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmiş bir qrup sahibkara TuranBank vasitəsilə maddi yardımın ödənilməsi təmin edilmişdir.

Dövlət başçısının tapşırığı ilə Bakı şəhərinin Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmiş bir qrup sahibkara kompensasiya ödənişi TuranBank ASC vasitəsilə də həyata keçirilmişdir. Qeyd edək ki, maddi yardımın ödənilməsi prosesində bankımız tərəfindən artıq 87 sahibkara 846 000 AZN məbləğində vəsait ödənilmişdir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilmiş və bununla əlaqədar sahibkarlardan heç bir xidmət haqqı tutulmamışdır.

Məlumat üçün qeyd edək ki, Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3,0 milyon manat ayrılmışdır. Bununla əlaqədar, İqtisadiyyat Nazirliyinin Kollegiyası tərəfindən təsdiq edilmiş “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi Qaydası”na uyğun olaraq ticarət mərkəzində mağaza və anbar icarəyə götürmüş sahibkarlara 10 min manat, piştaxta və digər sahələr icarəyə götürmüş sahibkarlara isə 2 min manat yardımın verilməsi nəzərdə tutulmuşdur.

Əlavə məlumat üçün TuranBankın “935” Məlumat Mərkəzi və ya 050 268 72 22 Whastapp nömrəsilə əlaqə saxlaya bilərsiniz.
Eləcə də bank və bank məhsullarına aid bütün yeniliklər haqqında TuranBank-ın rəsmi veb səhifəsi və ya sosial şəbəkələrini izləyərək məlumat ala bilərsiniz.

Instagram – @turanbank
Facebook – @TuranBankASC
Linkedin – @TuranBank

TuranBank
Bizimlə etibarlıdır…

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər