25 C
Baku
Saturday, July 27, 2024

“Turan Bank”ın səhmdarları toplaşır

Gələn ilin yanvarın 14-də saat 15:00-da “Turan Bank” ASC-nin səhmdarlarının iclası keçiriləcək.

Banker.az xəbər verir ki, səhmdarların iclası Bakı şəhəri, İ.Qutqaşınlı 85 ünvanında keçiriləcək.

Nümayəndə vasitəsilə təmsil olunacaq sıhmdarlardan müvafiq etibarnamənin iclas başlandığı tarixədək “Turan Bank”da təqdim edilməsi xahiş olunur.

Qeyd edək ki, iclasın gündəliyi açıqlanmayıb, amma müzakirə olunacaq məsələlər bildirişə əlavə olunaraq səhmdarlara göndərilib.

55 mln. manatdan çox nizamnamə kapitalı olan bu bankın səhmdarlarının 71,60%- 21 fiziki şəxs və 28,40%-i isə 6 hüquqi şəxsə malikdir.

Son xəbərlər
Digər xəbərlər