Böyük Britaniyanın BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda $500 mln. dəyərində quyulatrln qazılması və mühəndis-layihələndirmə işlərinin həyata keçirilməsinə dair müqavilə imzalayıb. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilir.
“Müqavilə “KCA Deutag” və “SOCAR AQS” şirkətlərinin birgə müəssisəsi olan Azərbaycanın “Turan Drilling & Engineering Company” MMC ilə imzalanıb. Müqavilə iki dəfə bir illik uzadılma imkanı ilə 5 il müddətinə bağlanıb”, – məlumatda qeyd olunur.
©İnterfaks-Azərbaycan