15.4 C
Baku
Friday, May 16, 2025

Turan Tovuz keçən il kiçik büdcə ilə iri büdcəli klubları geridə qoyub

Peşəkar Futbol Klubu “Turan Tovuz”un 2023-cü ildə ümumi əməliyyat gəlirləri 5.188 milyon manat təşkil etdiyi halda, 2024-cü ildə bu göstərici 6.145 milyon manata çatıb.

Banker.az xəbər verir ki, artım əsasən sponsorluq və reklam gəlirlərinin 1.855 mln. manatdan 1.188 mln. manata düşməsinə baxmayaraq, digər gəlirlərin 3.323 mln. manatdan 4.9 mln. manata yüksəlib. Bilet satışından gələn gəliri 57 min manat olub.

Əməliyyat xərcləri 2023-cü ildə 5.003 mln. manat olduğu halda, 2024-cü ildə bu rəqəm 6.104 mln. manata yüksəlib. Ən böyük artım əməkhaqqı və mükafatlar üzrə xərclərdə müşahidə edilib – bu xərc 2.78 mln. manatdan 3.752 mln. manata qalxıb. Bu isə klubun futbolçulara və heyətə daha çox vəsait ayırdığını göstərir.

2023-cü ildə “Turan Tovuz” 2024-cü ili 12.1 min manat xalis mənfəətlə başa vurub. Halbuki 2023-cü ildə bu göstərici 163.5 min manat idi.

Hər iki ildə də maliyyə gəlirləri və transferlər üzrə klub zərər edib.

Qeyd edək ki, Qərb təmsilçisini hazırda Türkmənistandan olan tanınmış məşqçi Qurban Berdiyev çalışdırır. Klubun prezidenti isə iş adamı – “Hüner Group”un rəhbəri Ehtiram Quliyevdir. Klub 2024-2025-ci illər üzrə mövsümdə Azərbaycan Premyer Liqasında 4-cü pillədə qərarlaşıb. Klub “Neftçi” kimi yüksək, “Sabah” kimi nisbətən yuxarı büdcəli klubları sıralamada qabaqlayır. 333322

Son xəbərlər
Digər xəbərlər