10 C
Baku
Friday, December 13, 2024

“Turanbank” 2016-cı ilin 1-ci yarısını zərərlə başa vurub

Bu ilin 1-ci yarısının yekununa görə, “Turanbank” ASC-nin cəmi aktivləri 476,885 mln. manat təşkil edib. Bankın maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,87% çoxdur.

“Turanbank”ın aktivlərinin 88,66%-i və yaxud 422,821 mln. manatı onun cəmi öhdəliklərindən, 11,34%-i və yaxud 54,064 mln. manatı isə onun cəmi kapitalından ibarət olub.

Son 1 ildə Bankın kredit portfeli 3,52% artaraq 268,819 mln. manata çatıb. Bunun 12,63 mln. manatı vaxtı keçmiş kreditlərdir. 2015-ci ilin eyni dövrünə nisbətən “Turanbank”ın problemli kreditləri 49,43% artıb. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı isə 3,25%-dən 4,7%-ə yüksəlib.

Hesabat dövründə Bankın depozit portfeli isə 15,09% artaraq 179,727 mln. manata çatıb. Bunun 67,03%-i və yaxud 120,467 mln. manatı əhalinin əmanətləridir. Fiziki şəxslərə məxsus depozitlərin 95,96%-i və yaxud 115,598 mln. manatı xarici valyutada yerləşdirilib.

6 ay ərzində “Turanbank”ın faiz gəlirləri 17,432 mln. manat, faiz xərcləri 12,886 mln. manat, qeyri-faiz gəlirləri 912 min manat, qeyri-faiz xərcləri 6,363 mln. manat təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat zərəri 905 min manat olub.

“Turanbank”, həmçinin aktivlər üzr ə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 361 min manat yönəldib. Beləliklə, Bank bu ilin 1-ci yarısını 1,266 mln. manat zərərlə başa vurub.

Xatırladaq ki, “Turanbank” 1992-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 50 002 466 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 082 manat olan 46 213 səhm əsasında formalaşıb. Bankın səhmlərinin 29,2%-i 6 hüquqi şəxsə, 70,8%-i isə 20 fiziki şəxsə məxsusdur./Report

Son xəbərlər
Digər xəbərlər