5 C
Baku
Saturday, December 14, 2024

TuranBank 2022-ci ilin III rübünü 2.1 mln. manat mənfəətlə başa vurdu

Bu il fəaliyyətinin 30-cu ildönümünü qeyd edən, ölkənin aparıcı banklarından biri olan TuranBank ASC 2022-ci ilin III rübünün maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlamışdır. Real sektorun dəstəklənməsi istiqamətində aktiv fəaliyyətini davam etdirən Bank cari ilin III rübünü 2,1 mln. manat mənfəətlə başa vurmuşdur.

2022-ci ilin III rübünün yekunlarına görə, TuranBank ASC-nin cəmi aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 20% və ya 142,9 mln. manat artaraq 857,9 mln. manat, müştərilərə verilmiş kreditlər 21,2% və ya 92,4 mln. manat artaraq 528,8 mln. manat, o cümlədən biznes müştərilərinə verilmiş kreditlər 15,9% və ya 42,2 mln. manat artaraq 307 mln. manat təşkil etmişdir. 

Daim etibarlılıq prinsiplərinə sadiq qalan TuranBank ASC-nin depozitlərinin həcmində də artım müşahidə olunmuşdur. Belə ki, 2022-ci ilin III rübünün sonuna cəmi depozit portfeli keçən ilin müvafiq dövrü ilə müqayisədə 18% və ya 74,9 mln. manat artaraq 492,4 mln. manat, fiziki şəxslərin depozitləri isə 22,9% və ya 58,9 mln. manat artaraq 316,6 mln. manat təşkil etmişdir. 

2022-ci ilin III rübü ərzində Bank real sektorun dəstəklənməsi istiqamətində də Beynəlxalq Maliyyə İnstitutları ilə aktiv fəaliyyətini davam etdirmişdir. Belə ki, TuranBank ASC ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında “Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı” çərçivəsində həyata keçirilən layihələr uğurla tamamlanmışdır.                      

Qeyd edək ki, adıçəkilən layihə Avropa Birliyi EU4Business Initiative Fondu, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin dəstəyilə həyata keçirilmişdir. Məlumat üçün bildirək ki, TuranBank ASC institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bankımız Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD),   EMF Mikromaliyyə Fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), Sparkassenstiftung və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur. 

Bundan başqa, bazarın tələbini nəzərə alaraq rəqəmsallaşmanın genişlənməsi istiqamətində müvafiq addımlar atılmış, məsafədən göstərilən xidmətlərin əhatə dairəsi genişləndirilmişdir. 2022-ci ilin III rübü ərzində TuranBank ASC mobil əlavəsi üzərindən “Göy ulduz-2” xidməti müştərilərin ixtiyarına verilmişdir. Bu xidmətə əsasən TuranBank ASC-dən nağd və biznes krediti götürən müştərilər kredit məbləğinə, həmçinin aylıq kredit ödənişinin mobil tətbiqdən ödənilməsinə görə “göy ulduz” – bonusu qazanır. Toplanan göy ulduzlarla isə mobilbank daxilində müxtəlif ödənişlər həyata keçirmək mümkündür. Bununla yanaşı hesabat dövrü ərzində TuranBank ASC mobil əlavəsi və internetbankı üzərindən “Xidmətlər bölümü” istifadəçilərin ixtiyarına verilmişdir. Belə ki, istifadəçilər Banka gəlmədən itirilmiş və ya zədələnmiş kartını TuranBank mobilbank və internetbankından yeniləyə və ya mövcud kartının müddətini asanlıqla uzada bilər, həmçinin kart və ya cari hesab üzrə rekvizitlərini, çıxarışını əldə edə bilərlər. Həmçinin mobilbank əlavəsi banka gəlmədən ödənişlər, köçürmələr və müxtəlif bank əməliyyatlarını həyata keçirmək imkanını yaratmaqla bərabər Bankın müştərilərinə təqdim etdiyi kredit, əmanət, kart məhsulları və digər xidmətlərlə bağlı yenilənmiş məlumatların əldə edilməsi fürsətini də yaradır.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank ASC 19 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Filial şəbəkəsinin genişləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirən Bank bu il də şəhər və regionlarda yeni filial və şöbələrin açılmasını planlaşdırır. TuranBank ASC-nin ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı qeyd olunan keçidə daxil olaraq əldə edə bilərsiniz: https://bit.ly/3v4Vnar .

Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (FaceBookİnstagram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.

TuranBank

Bizimlə etibarlıdır…

Son xəbərlər
Digər xəbərlər