14 C
Baku
Thursday, May 2, 2024

TuranBank 7 milyon ABŞ dolları dəyərində kredit cəlb edib

TuranBank Mikro, Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsi portfelinin genişləndirilməsi məqsədilə Beynəlxalq Maliyyə Korporasiyasından 7 milyon dollar həcmində vəsait cəlb etmişdir.

Bank və Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında Mikro, Kiçik və Orta Sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndimək məqsədilə 5 il müddətinə 7 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanmışdır.

Bu, Bankın IFC ilə imzaladığı sayca ikinci kredit sazişidir. Bank, 2011-ci ildə IFC-dən MKOS-un maliyyələşdirilməsi istiqamətində 5 il müddətinə 7 milyon ABŞ dolları həcmində vəsait cəlb etmişdir. Yeni kredit sazişi üzrə əməkdaşlıq əlaqələrinin genişləndiliməsini IFC ilə bir çox layihələrin uğurlu nəticəsi kimi hesab etmək olar. İmzalanmış saziş çərçivəsində cəlb olunacaq maliyyə resursları Bankın strateji kursuna müvafiq olaraq Azərbaycanın müxtəlif regionlarında MKOS-un inkişafına istiqamətləndiriləcəkdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər